İqtisadiyyat nazirliyində yeni – Təyinat

İqtisadiyyat nazirliyində yeni – Təyinat

İqtisadiyyat Nazirliyində şöbə müdiri vəzifəsinə müvəqqəti təyinat olub.

OilGas.az “Report”a istinadən xəbər verir ki, nazirliyin Hüquq şöbəsinin müdiri vəzifəsi müvəqqəti olaraq Tural İsgəndərova həvalə edilib.

Qeyd edək ki, həmin vəzifəni əvvəl Əliyev Anar Rəhim oğlu icra edib. A.Əliyev hazırda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin edilib. O, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsinin icra edir.

679 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ