İqtisadi Forumda kuryoz olay – Jurnalist nazirin adını səhv saldı

İqtisadi Forumda kuryoz olay – Jurnalist nazirin adını səhv saldı

Bu gün Vladivastokda Şərq İqtisadi Forumu öz işinə başlayıb.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, forum çərçivəsində Rusiyanın energetika naziri Aleksandr Novak jurnalistlərin suallarını cavablandırıb. Bu zaman jurnalistlərdən biri nazirin adını səhv salıb. Xanım jurnalist energetika nazirinə Aleksey Ulyukayev  (Rusiyanın keçmiş iqtisadi inkişaf naziri – red) adıyla müraciət edib.

Sual qarşısında özünü itirməyən nazir “Aleksey Valentinoviç hazırda başqa yerdədi” cavabını verib. Novakın cavabı jurnalistlərin gülüşünə səbəb olub.

https://youtu.be/yqXtPHHbiqE

OilGas.az

641 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ