İngiltərə Avropanın ən iri neft yatağını kəşf edib

İngiltərə Avropanın ən iri neft yatağını kəşf edib

İngiltərənin “Hurricane” şirkəti Şimal dənizindəki Şetland adalarından 97 km qərbdə, ehtiyatı 1 mlrd. barel neft həcmində qiymətləndirilən yataq kəşf edib.
“Report” “Haberler” saytına istinadən xəbər verir ki, kəşf edilən sahədə neftin çıxarılmasına 2019-cu ildə başlanılacaq. Artıq 1 156 metr dərinliyə çataraq bir-birindən 30 km məsafədə 2 qazma quyusunun çox keyfiyyətli neft ehtiyatı tapıldığı biıldirilir.
Şirkətin baş icraçı direktoru Robert Tris bildirib ki, “bu, bizim şirkət üçün çox sevindirici xəbər olmaqla bərabər İngiltərənin son illərdə rastlaşdığı ən böyük neft yatağıdır”. Xəbərdən sonra şirkətin səhmlərinin 6% bahalaşdığı qeyd olunur.
Bəzi qiymətləndirmələrə görə, bu, Avropanın ən böyük neft yatağı hesab olunur.

OilGas.az

427 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ