İndoneziya OPEC-ə şərt irəli sürdü – Kartelə geri qayıtmaq üçün

İndoneziya OPEC-ə şərt irəli sürdü – Kartelə geri qayıtmaq üçün

İndoneziya OPEC üzvlüyünə geri qayıtmaq üçün sənədlərini təqdim edib.

OilGas.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın energetika naziri Hadi Curaid məlumat verib. Onun sözlərinə görə, ölkə hasilatı azaltmamaq barədə şərt də irəli sürüb:

“İndoneziya OPEC-də üzvlüyünü bərpa etməyə hazırdır. Lakin hasilatı azaltmamaq şərtilə”.

Nazir qeyd edib ki, OPEC İndoneziyanın bu tələbilə razılaşıb.

OPEC üzvü olan bir neçə ölkə, o cümlədən, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi İndoneziyanın yenidən təşkilata qayıtmasını xahiş ediblər.

Lakin İndoneziya hakimiyyəti karteldə ölkəni kimin təmsil edəcəyinə hələ ki qərar verməyib.
Xatırladaq ki, İndoneziya OPEC-də üzvlüyünü 2016-cı ilin noyabrında dayandırıb. Həmin vaxt kartel və OPEC-ə üzv olmayan digər neft istehsal edən ölkələr neft hasilatının azaldılması barədə razılığa gəliblər.

OilGas.az

202 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ