İlk kriptovalyuta indeks fondu yaradıldı

İlk kriptovalyuta indeks fondu yaradıldı

ABŞ-ın məşhur kriptovalyuta birjası “Coinbase” öz şəxsi kriptovalyuta fond indeksini elan edib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, onun əsasında 4 kriptovalyutanın dəyərini əks etdirən indeks dayanacaq. Həmin kriptovalyutaların fond indeksindəki payları isə aşağıdakı kimidir:

Bitcoin – 62%,
Ethereum – 27%,
Bitcoin Cash – 7%,
Litecoin – 4%.

Əgər “Coinbase” və ya onun törəmə meydançası GDAX gələcəkdə ticarət siyahısına yeni aktivlər əlavə etsələr, onlar avtomatik olaraq indeks hesablaşmalarına daxil ediləcəklər.

“Coinbase Index Fund”un hazırki ticarət şərtləri isə belədir:

-İnvestisiyanın minimal həcmi 10 000 dollardı;
-İnvestisiya üçün vəsait ABŞ dolları, bitcoin, efir, laytcoin və Bitcoin Cash şəklində qəbul edilir;
-İnvestisiya müddəti 1 aydır;
-Ödəniş hər rübdə, 30 gün ərzində həyata keçirilir;
-Kamisyon haqqı illik 2%-ə bərabərdir;
-İnvestorların illik maaşı 200 min dollar və ya daşınmaz əmlakı istisna olmaqla şəxsi kapitalı 1 mln. dollar olmalıdır.

400 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ