İlham Əliyevdən energetika naziri ilə bağlı – FƏRMAN

İlham Əliyevdən energetika naziri ilə bağlı – FƏRMAN

İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə yaradılan komissiyanın tərkibində dəyişiklik edilib.

OilGas.az xəbər verir ki, Azərbaycan Prezidenti bununla bağlı fərman imzalayıb.

Fərmana görə, “İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 15 aprel tarixli 685 nömrəli fərmanında dəyişikliklər edilib.

Komissiyanın yeni tərkibindən mərhum energetika naziri Natiq Əliyev və müdafiə nazirinin keçmiş müavini Çingiz Məmmədovun adı çıxarılıb. Onların yerinə yeni energetika naziri Pərviz Şahbazovun və Müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi Kərim Vəliyevin adı əlavə olunub.

426 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ