İlham Əliyev XXII Dünya Neft Konqresində iştirak edib

İstanbulun ev sahibliyi etdiyi XXII Dünya Neft Konqresi çərçivəsində iyulun 10-da prezidentlərin tədbiri keçirilib.

OilGas.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Neft və qaz sənayesinin ən böyük və nüfuzlu tədbiri olan Dünya Neft Konqresi üç ildən bir keçirilir. İstanbulda “Enerji gələcəyimizə körpülər” devizi altında təşkil olunan XXII Dünya Neft Konqresinə 100-dən çox ölkədən 50 nazir, 5 mindən çox dövlət nümayəndəsi və şirkət rəhbərləri qatılıb.

Konqresin əsas təşkilatçısı olan Dünya Neft Şurası 1933-cü ildə yaradılıb. Dünya Neft Şurası neft və qaz sənayesi üzrə mühüm məsələlərin müzakirə olunduğu və vacib qərarların qəbul edildiyi beynəlxalq platformadır. Bitərəf və qeyri-siyasi qurum olan Dünya Neft Şurası bu sahədə elmi yeniliklərin tətbiqi, texnoloji və informasiya mübadiləsi, dünyanın neft ehtiyatlarından davamlı və hamının rifahına xidmət edəcək şəkildə istifadə olunması istiqamətlərində fəaliyyət göstərir. Yetmiş üzv ölkəni birləşdirən Dünya Neft Şurası dünyada neft-qaz istehsalçıları və istehlakçılarının 96 faizini əhatə edir.

OilGas.az

295 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ