İlham Əliyev: “Gələcəkdə enerji nəqliyyat yolları istifadəyə veriləcək”

İlham Əliyev: “Gələcəkdə enerji nəqliyyat yolları istifadəyə veriləcək”

Bu gün Bakı-Tiflis-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi ilə bağlı təntənəli mərasim keçirilir.

OilGas.az xəbər verir ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından ilk qatarın yola salınması mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev gələcək layihələrdən də söz açıb.

“Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində önəmli addımlar atır. Azərbaycan ərazisində Şimal-Cənub dəmiryolu layihəsi ilə bağlı bütün işlər tamamlanır, bütün infrastruktur hazırdır. Azərbaycan digər ölkələrdə infrastrukturun yaradılması ilə bağlı öz texniki və maliyyə imkanlarını ortaya qoyur. Şimal-Cənub və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası istiqamətində işləyirik, çalışırıq. Hesab edirik ki, bu, mümkündür. Gələcəkdə Şimal-Qərb və Cənub-Qərb enerji nəqliyyat yolları istifadəyə veriləcək”, – dövlət başçısı qeyd edib.

OilGas.az

258 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ