Prezident Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasında

Prezident Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasında

Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası işə başlayıb.

OilGas.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.

Tədbirdə, həmçinin Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç iştirak edirlər.

Əvvəlcə birgə foto çəkdirilib.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda nitq söyləyib.

Sonra Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç çıxış edib.

İclas işini plenar sessiyalarla və “dəyirmi masa” ilə davam etdirəcək.

202 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ