IEA: Rusiyada qaz hasilatı hər il 1,5% artacaq

IEA: Rusiyada qaz hasilatı hər il 1,5% artacaq

2022-ci ilə qədər Rusiyada qaz hasilatı hər il təxminən 1,5% artacaq.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu proqnoz Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında yer alıb. Hasilat Rusiya-Çinin “Sibir gücü” qaz kəmərinin işə salınması və Yamalda mayeləşdirilmiş təbii qaz layihələri hesabına artacaq.

Ötən il Rusiyada qaz hasilatının həcmi 640,2 milyard kubmetr olub Bu il qaz hasilatının 649,8 milyard kubmetr təşkil edəcəyi gözlənilir.

2018-ci ildə isə hasilatın 659,5 milyard kubmetrə çatacağı proqnozlaşdırılır.

OilGas.az

265 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ