IEA: Rusiyada qaz hasilatı artacaq

IEA: Rusiyada qaz hasilatı artacaq

Rusiyada qaz hasilatı 2022-ci ildə 40 milyard kubmetr artacaq.

OilGas.az xəbər verir ki, belə bir proqnozla Beynəlxalq Enerji Agentliyi (İEA) çıxış edib. Bununla da Rusiyada qaz hasilatı 685 milyard kubmetrə çatacaq. Qaz hasilatında artım “Novatek” və “Rosneft” hesabına baş verəcək.

“Gözlənildiyi kimi, “Qazprom”un qaz hasilatı 410 milyard kubmetr səviyyəsində qalacaq. 2022-ci ildə Rusiyanın qaz hasilatında “Qazprom”un payı 63 faizdən 60 faizə qədər azalacaq”, deyə məlumatda bildirilib.

Qeyd edək ki, ötən il Rusiyada qaz hasilatı 645 milyard kubmetr olub.

OilGas.az

 

185 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ