IEA: Neft bazarında təklif artıb

IEA: Neft bazarında təklif artıb

2017-ci il üzrə neft təklifi gündəlik 585 min barel artıb.

OilGas.az xəbər verir ki, bu göstərici Beynəlxalq Energetika Agentliyinin (İEA) hesabatında əks olunub. Hesabata əsasən, bu ilin may ayında neft bazarında təklif gündəlik 96,7 milyon barel təşkil edib. Bu, 2016-ci ilin fevralından etibarən maksimal göstəricidir.

Ötən ilin analoji dövrü ilə müqayisədə neft təklifi 1,25 milyon barel çoxdur.

Hesabatda qeyd olunub ki, təklifi həm OPEC üzvləri, həm də kartelə daxil olmayan ölkələr yüksəldiblər.

Qeyd edək ki, OPEC-in dünən dərc olunan hesabatına əsasən, kartelin özündə istehsal 336 min barel artaraq gündəlik 32,14 milyon barelə bərabər olub.

OilGas.az

252 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ