“Hökumət qurumları elə işləməlidirlər ki, sanki bizdə neft amili yoxdur”

“Hökumət qurumları elə işləməlidirlər ki, sanki bizdə neft amili yoxdur”

“Bütün planlarımızı həyata keçirmək üçün iqtisadiyyatımızı gücləndirməliyik”.

OilGas.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 8-də Yeni Azərbaycan Partiyasının VI qurultayında səsləndirib. Dövlət başçısı növbəti illərdə də iqtisadiyyatı inkişaf etdirmək istiqamətində əlavə addımlar atılacağını qeyd edib:

“Deyə bilərəm ki, son iki il ərzində çox ciddi iqtisadi islahatlar aparılmışdır. Əvvəlki illərdə də aparılmışdır. Ancaq son iki il ərzində daha fəal və daha səmərəli islahatlar aparılmışdır. Bu islahatlar imkan verdi ki, biz ağır vəziyyətdən, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi nəticəsində yaranmış vəziyyətdən çıxa bilək və çıxmışıq da. Bu gün ölkə iqtisadiyyatı öz templərini artırır. Növbəti illərdə islahatlar mütləq davam etdiriləcəkdir. İndi bəzi suallar səslənir və hətta beynəlxalq ekspertlər maraqlanırlar ki, indi neftin qiyməti bir qədər qalxıbdır, bəs bu, apardığımız islahatlara təsir edəcək, ya etməyəcək? Bəlkə siz indi islahatları o qədər fəallıqla aparmayacaqsınız. Qətiyyən belə deyil. Mən bir daha demək istəyirəm ki, neftin qiymətinin artması, sadəcə olaraq, bizim valyuta ehtiyatlarımızı artıracaq. Ancaq bütün hökumət qurumları elə işləməlidirlər ki, sanki bizdə neft amili yoxdur. Ona görə biz gələcək iqtisadi inkişafımızı qeyri-neft sektorunun inkişafında görürük. Neft sektoru, sadəcə olaraq, bizə əlavə maliyyə resursu yaradacaq ki, bu da öz növbəsində, bizim siyasi resurslarımızı da gücləndirir. Bu da təbiidir”.

186 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ