Hindistan neft asılılığı ilə müharibədə: Yeni islahatlar qəbul edildi

Hindistan neft asılılığı ilə müharibədə: Yeni islahatlar qəbul edildi

Hindistan neft idxalı asılılığından xilas olmağa çalışır.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, Hindistanın Baş naziri Narendra Modi ölkənin neft idxalından asılılığını azaltmaq üçün yeni islahatlar təqdim edib. Burada 2020-ci ilə qədər asılılığı 10 faiz azaltmaq məqsədi qarşıya qoyulub.

İqtisadi proqnozlara əsasən, Hindistanın təkcə daxili hasilatı artırmaq yox, eləcə də neft ehtiyatlarını genişləndirmək şansı var. Lakin indiki vəziyyətdə ölkə əhalisinin sayı artdığı üçün Hindistanda karbohidrogen ehtiyatlarının idxalından asılılıq daha artacaq. Buna görə də, yeni islahatlar neft sənayesinə investorları cəlb etməklə yanaşı biznes qurmaq üçün maneələri azaltmağı nəzərdə tutur.

Qeyd edək k, Hindistan dünyada ən böyük neft idxalçısıdır. Ölkə xam neft ehtiyacının təxminən 82%-ni idxal edir. Digər 18% isə daxili resurslar hesabına qarşılanır.

OilGas.az

 

245 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ