Heydər Əliyev adına Yarımdalma Qazma Qurğusu dənizə yola salındı

Heydər Əliyev adına Yarımdalma Qazma Qurğusu dənizə yola salındı

Bu gün Heydər Əliyev adına yarımdalma qazma qurğusu “Caspian Drilling Company” şirkətinin Dəniz Təchizatı və Logistika Bazasından Xəzərin Azərbaycan sektorundakı “Abşeron” qaz-kondensat yatağında qazma işləri aparmaq üçün dənizə yola salınıb.

OilGas.az şirkətə istinadən xəbər verir ki, dünyada ilk və yeganə 1 400 atm təzyiqinə davamlı, VI nəsil yarımdalma qazma qurğusunun inşası 2017-ci ilin may ayında başa çatıb. Azərbaycan dövlətinə məxsus bu qurğunun tikintisi “Caspian Drilling Company” şirkəti tərəfindən həyata keçirilib və bundan sonra onun idarəçiliyi altında fəaliyyət göstərəcək.

Qurğu SOCAR və “Total” şirkətlərinin pay sahibi olduğu “Abşeron” qaz-kondensat yatağında “ABX-2” quyusunda tamamlama işlərini yekunlaşdırdıqdan sonra “ABD001” quyusunu qazacaq. Bu da “Abşeron” yatağından ilk qazın hasil edilməsinə gətirib çıxaracaq.

455 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ