Heydər Əliyev adına NEZ-in yenidənqurulması layihəsi – Dinləmələr keçiriləcək

Heydər Əliyev adına NEZ-in yenidənqurulması layihəsi – Dinləmələr keçiriləcək

Noyabrın 8-də saat 10:00-da SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun Mədəniyyət Mərkəzinin kiçik akt zalında (2-ci mərtəbə) NEZ-in yenidənqurulması və modernizasiyası layihəsi çərçivəsində Ekologiya İdarəsi tərəfindən hazırlanmış Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi Sənədi ilə əlaqədar ictimai dinləmələr keçiriləcəkdir.

OilGas.az SOCAR-a istinadən xəbər verir ki, qeydiyyat saat 9:30-da başlanacaqdır. Bütün maraqlı şəxslər tədbirdə iştirak edə bilər.

İctimaiyyət nümayəndələrinin tanış olması üçün ƏMTQ sənədi elektron formatda SOCAR-ın rəsmi internet səhifəsində (NEZ ƏMTQ_Faza 2-3.pdf), çap variantı isə NEZ-in kitabxanasında (Nizami rayonu, Oqtay Vəliyev küçəsi 1 ünvanında) yerləşdirilmişdir. Dinləmələr zamanı mütəxəssislər NEZ-də aparılan yenidənqurma və modernizasiya layihəsi, layihənin həyata keçirildiyi dövrdə ətraf mühitə potensial təsirlər və onların azaldılması tədbirləri, hər bir fəaliyyət aspekti üzrə kumulyativ təsirlər, layihə alternativləri, layihə ərazisinin ilkin vəziyyəti və layihə ərazisində ətraf mühitin idarə edilməsi, eləcə də aparılmış monitorinqlər barədə iştirakçılara ətraflı məlumat verəcəklər. İctimai dinləmədə səslənən bütün rəy və təkliflər yekun ƏMTQ sənədində nəzərə alınacaqdır.

Maraqlananlar H.Əliyev adına NEZ-in Əməyin təhlükəsizliyi və keyfiyyətə nəzarət departamentinin Ekologiya şöbəsinin rəisi Qiyas Bayramovla (+99412) 521 00 00 (daxili nömrə 17623) və ya (+99450) 841-76-23 (mob.) telefon nömrələri, eləcə də [email protected] email ünvanı vasitəsi ilə əlaqə saxlaya bilərlər.

OilGas.az

436 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ