Hərrac keçirildi – Mərkəzi Bank 200 milyon manat cəlb etdi

Hərrac keçirildi – Mərkəzi Bank 200 milyon manat cəlb etdi

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.

OilGas.az AMB-yə istinadən xəbər verir ki, hərracda 200 mln. manat cəlb edilib.

Tələb isə bundan 5,66 dəfə çox – 1 131,7 mln. manat olub.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.

106 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ