Hasilatın azaldılması sazişinə Qazaxıstan da qoşulacaq – Yeni şərtlərlə

Hasilatın azaldılması sazişinə Qazaxıstan da qoşulacaq – Yeni şərtlərlə

Qazaxıstan neft hasilatının azaldılması barədə sazişin müddətinin uzadılmasını dəstəkləyəcək.

OilGas.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Kanat Bozumbayev açıqlama verib:

“Hesab edirik ki, Qazaxıstan trendə uyğun hərəkət etməlidir. Hasilatın məhdudlaşdırılması üzrə səyləri dəstəkləməliyik. Çünki bazarda balans hələ yaradılmayıb. Keçən ilin birinci rübündə Qazaxıstan da daxil olmaqla ölkələrdə bir barel neftin orta ixrac qiyməti 30 ABŞ doları idi. Bu il isə bir barel neftin orta ixrac qiyməti 52 ABŞ doları təşkil edib. Demək ki, saziş öz rolunu oynayıb və Qazaxıstan əlavə olaraq 22 dollar qazanıb”.

Nazirin sözlərinə görə, respublika neft hasilatının azaldılması barədə sazişə qoşulmaq şərtləri üzrə danışıqlar aparacaq:

“Qazaxıstanın fərqli xüsusiyyəti var – bu, yeni unikal Kaşaqan yatağıdır. Yataq ötən il de-yure fəaliyyətə başlayıb, lakin əsas hasilata bu il başlayacaq. Odur ki, biz mayın 24-25-də OPEC üzvləri və kartelə daxil olmayan ölkələrlə bu sazişə qoşulacağımız təqdirdə Qazaxıstanın hansı rolu oynayacağına dair danışıqlar aparacağıq”.

Bozumbayev qeyd edib ki, sazişə avtomatik olaraq eyni şərtlərlə qoşulmaq, yəqin ki alınmayacaq. Lakin Qazaxıstan hansı ölçüdə qoşulacağını müzakirə edəcək.

OilGas.az

352 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ