Hasilatın azaldılması barədə sazişə neçə yeni ölkə qoşulacaq? – Nazir açıqladı

Hasilatın azaldılması barədə sazişə neçə yeni ölkə qoşulacaq? – Nazir açıqladı

“Daha üç-beş ölkə neft hasilatının azaldılması barədə sazişə qoşula bilər”

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Rusiyanın energetika naziri Aleksandr Novak bildirib. Onun sözlərinə görə, həmin ölkələrlə danışıqlar aparılır:

“Onların (sazişin mümkün yeni iştirakçılarının) adlarını çəkmək istəmirəm. Həmin ölkələrlə çalışırıq. Əgər onlar razılaşacaq və mayın 25-də keçiriləcək böyük görüşdə iştirak edəcəklərsə, özləri bu barədə məlumat verəcəklər. Üç-beş yeni ölkə nəzərdən keçirilir. Bütün idxalçılar məlumdur, adlarını çəkməyəcəyik”.

Qeyd edək ki, ötən il OPEC və kartelə daxil olmayan 11 ölkə neft hasilatının azaldılması barədə saziş imzalayıblar. Saziş 2017-ci ilin birinci yarımilliyi üçün bağlanıb, lakin müddətinin uzadılması ehtimalı nəzərdə tutulub.

May ayının 24-25-də Vyanada sazişin müddətinin uzadılması məsələsi müzakirə olunacaq.

OilGas.az

372 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ