Hari Ross: OPEC neft qiymətlərini artırmaq imkanını əldən verdi

Hari Ross: OPEC neft qiymətlərini artırmaq imkanını əldən verdi

OPEC və onun tərəfdaşları çoxdan gözlənilən nəticəni əldə etmək üçün ötən ay daha çox iş görməli idilər.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bunu “Pira Energy Goup” şirkətinin araşdırmaçı direktoru Hari Ross bildirib. Onun sözlərinə görə, 3 ay ərzində bu ölkələr gündəlik istehsalı daha 1 milyon azaltmalı idilər.

Hari Rossun fikrincə, kartel və onun tərəfdaşları neft məhsullarına tələbin yüksək olduğu mövsümdə – iyundan avqusta qədər olan dövrdə hasilatı daha böyük həcmdə azaltmaq imkanını əldən verib. Məhz bu addım neft qiymətlərinin artmasına gətirib çıxara bilərdi.

Qeyd edək ki, Hari Ross 2014-cü ildə neft qiymətlərinin kəskin ucuzlaşmasını proqnozlaşdırmışdı. Buna görə də o, neft sahəsinin ən gözəl bilicisi hesab olunur.

OilGas.az

247 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ