Halliburton: Neft qiymətlərində qəfil artım olacaq

Halliburton: Neft qiymətlərində qəfil artım olacaq

“Neft qiymətlərinin ardıcıl ucuzlaşması onun qəfil yüksəlməsilə sonlanacaq”.

OilGas.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, belə bir proqnozla “Halliburton” neft sahəsində xidmət şirkətinin ekspertləri çıxış edib.  Ekpertlərin fikrincə, belə artım 2020-ci ildə baş verəcək.

Şirkətin mütəxəssisləri bildiriblər ki, neft-qaz sahəsindəki böhran bu sahəyə yatırılan sərmayənin təxminən 2 trilyon dollar azalması ilə nəticələnib.

“Halliburton” şirkətinin vitse-prezidenti Mark Riçardın sözlərinə görə, yaxın illərdə hasilatın belə böyük həcmdə azaldılmasına görə təklif o qədər azalacaq ki, tələbi qarşılaya bilməyəcək.

Riçard əminliyini ifadə edib ki, bazar gec və ya tez itirdiyini bərpa edəcək. 2020-2021-ci illərdə isə neft qiymətlərində qəfil artım olacaq.

OilGas.az

241 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ