Gürcüstanın yeni energetika naziri Eloşvili oldu

Gürcüstanın yeni energetika naziri Eloşvili oldu

Gürcüstanın energetika naziri postuna İlya Eloşvili təyin olunub.

OilGas.az Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili məlumat verib.

Onun sözlərinə görə, İ.Eloşvili 2012-ci ildən bu zamana qədər energetika nazirinin birinci müavini vəzifəsini daşıyıb və nazirliyin həyata keçirdiyi bütün layihələrə böyük töhfə verib:

“Bir neçə ay ərzində o nazir olub. Odur ki, onun artıq təcürübəsi var. Mən əminəm ki, o, bu vacib tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gələcək. Onun özəl və ictimai sektorda, eləcə də beynəlxalq proqramlarda işləmək təcrübəsi var. Düşünürəm ki, İlya çox uğurlu energetika naziri olacaq”.

Qeyd edək ki, Gürcüstanın bundan əvvəlki energetika naziri olmuş Kaxa Kaladze vəzifəsindən istefa verərək Tbilisi meri postuna namizədliyini irəli sürüb.

OilGas.az

232 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ