Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
Gürcüstanın elektrik enerjisi idxalının 91%-dən çoxu Azərbaycanın payına düşüb
Bu ilin yanvar-avqust aylarında Gürcüstan 835,19 mln. kilovatt/saat elektrik enerjisi idxal edib.
Oilgas.az xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) məlumatında bildirilib.
İllik müqayisədə qonşu ölkənin elektrik enerjisi idxalı 20,5% artıb. İdxalın 760,538 mln. kilovatt/saatı və yaxud 91,06%-i Azərbaycanın payına düşüb.
Yanvar-avqust aylarında Gürcüstan 240,65 mln. kilovatt/saat həcmində elektrik enerjisi ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 59,1% azdır.
Səkkiz ay ərzində Gürcüstan Azərbaycandan Türkiyəyə 61,36 mln. kilovatt/saat həcmində elektrik enerjisi tranziti həyata keçirib.
MÜZAKİRƏ