Gürcüstanda ilk yeraltı qaz anbarı tikilir

Gürcüstanda ilk yeraltı qaz anbarı tikilir

Gürcüstan ərazisində ilk yeraltı qaz anbarı tikiləcək və istismara veriləcək.

OilGas.az xəbər verir ki, Gürcüstan Neft və Qaz Korporasiyası bununla bağlı tender elan edib. Tenderdə iştirak üçün müraciətlər 2017-ci il avqustun 14-ə kimi qəbul ediləcək.

Yeraltı anbar Tbilisi yaxınlığında keçmiş Samqorsk neft yatağının ərazisində yerləşəcək. Qaz anbarının tikintisinə 2018-ci ilin ilk yarımilliyində başlayıb 2021-ci ilə kimi tamamlamaq planlaşdırılır. Bu zaman Azərbaycanın “Şahdəniz” qaz yatağından Gürcüstana qaz tədarükü əsaslı şəkildə artacaq.

OilGas.az

 

271 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ