Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
Gürcüstanda benzin və dizel yenidən bahalaşdı
Gürcüstanda bir sıra yanacaq növlərinin pərakəndə satış qiymətində artım qeydə alınıb.
OilGas.az “Report”a istinadən xəbər verir ki, bahalaşma 1-2% civarındadır.
Məlumata görə, “Nano Super” markalı benzinin qiyməti 2,47 laridən 2,5 lariyə (1,22%), “Nano Premium” – 2,37 laridən 2,4 lariyə (1,27%), “Nano Euro Regular” isə 2,23 laridən 2,27 lariyə (1,79%) qədər bahalaşıb.
Gürcüstanın yanacaqdoldurma məntəqələrində (YDM) satışa çıxarılan dizel yanacağı üzrə də bahalaşma müşahidə edilib. Belə ki, “Nano Diesel” 2,22 laridən 2,27 lariyə (2,25%), “Nano Euro Diesel” isə 2,35 laridən 2,4 lariyə (2,13%) kimi bahalaşıb.
Qonşu ölkənin YDM-lərində satılan maye qaz (LPG) və sıxılmış qazın (CNG) qiymətində isə dəyişiklik yoxdur. Belə ki, LPG-nin bir litri 1,65 lariyə, CNG isə 1,52 lariyə satılır.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan məlumatına əsasən, 1 gürcü larisinin rəsmi məzənnəsi 0,6304 manatdır.
MÜZAKİRƏ