Gürcüstan Energetika Nazirliyində yeni təyinat

Gürcüstan Energetika Nazirliyində yeni təyinat

Son iki ayda Gürcüstanda energetika nazirinin 2 müavini dəyişdirilib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, energetika nazirinin yeni müavini Romeo Mikautadze olub. Onun təyinatı barədə əmri nazir İlya Eloşvili imzalayıb. 2013-2017-ci illərdə “QruzRosenerqo” şirkətinin baş direktoru olan Mikautadze bu vəzifədə öz istəyilə istefaya gedən Mariam Valişvilini əvəzləyib.

Bu, Gürcüstan Energetika Nazirliyində ikinci müavin əvəzlənməsidir. Bundan bir müddət əvvəl İrakli Xmaladzenin postuna Tornik Rijvadze təyin edilib.

Xatırladaq ki, bu ilin iyul ayında Gürcüstanda energetika naziri özü də dəyişilib. Tbilisi meri postuna namizədliyi irəli sürülən Kaxa Kaladze istefaya getdikdən sonra onun yerini birinci müavini İlya Eloşvili tutub.

OilGas.az

287 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ