Gürcüstan elektrik enerjisinin idxalını artırıb – 33%

Gürcüstan elektrik enerjisinin idxalını artırıb – 33%

Bu ilin sentyabr ayı ərzində Gürcüstan elektrik enerjisinin idxalını ötən ilin eyni ayı ilə müqayisədə 33% artıb.

Oilgas.az xəbər verir ki, bu barədə Gürcüstan Elektrik Sistemi Kommersiya Operatorunun hesabatında məlumat verilib.

Hesabat dövründə Gürcüstan xaricdən 185 mln. kVt-saat həcmində elektrik enerjisi idxal edib. Bu göstərici ötən ilin sentyabrına nisbətən 32,6% artıb.

Qeyd edək ki, yanvar-sentyabr ayları ərzində Gürcüstanın elektrik enerjisinin idxalı 835 mln. kVt-saata çatıb. Bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə 20% çoxdur./APA/

35 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ