Gürcüstan Azərbaycandan neft-qaz idxalını artırıb

Gürcüstan Azərbaycandan neft-qaz idxalını artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Gürcüstana 1 211 248 min kubmetr və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 7% çox təbii qaz ixrac edib.

Oilgas.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

9 ay ərzində Gürcüstanın Azərbaycandan idxal etdiyi “mavi yanacağ”ın ümumi dəyəri 200,886 milyon ABŞ dolları olub.

Hesabat dövründə Gürcüstan Azərbaycandan həmçinin 67,726 milyon dollar dəyərində 122,827 min ton neft və neft məhsulları alıb. Bu, illik müqayisədə 4,439 min ton və yaxud 3,7% çoxdur.

26 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ