Gürcüstan Azərbaycan qazını gələn həftədən yeni marşrutla alacaq

Gürcüstan Azərbaycan qazını gələn həftədən yeni marşrutla alacaq

Noyabrın ilk həftəsində Gürcüstan Azərbaycana məxsus təbii qazı yeni marşrut üzrə almağa başlayacaq.

OilGas.az “Report”-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Məlumatda deyilir ki, Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edən geosiyasi layihənin icrası – Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi tamamlamaq üzrədir: “Artıq gələn həftədən Gürcüstan Azərbaycan qazını yeni marşrutla alacaq. Trans Anadolu Qaz Boru Kəməri ilə (TANAP) Türkiyəyə “mavi yanacaq” isə gələn il çatdırılacaq. 2020-ci ildə Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi başa çatdıqdan sonra isə təbii qaz Cənubi Qafqazdan Avropa ölkələrinə çatacaq”.

OilGas.az

207 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ