“Günəşli”dəki 317 nömrəli quyuda qazma işləri yekunlaşıb

“Günəşli”dəki 317 nömrəli quyuda qazma işləri yekunlaşıb

SOCAR-AQŞ “Günəşli” yatağındakı 7 nömrəli stasionar dəniz özülündən faktiki dərinliyi 2 min 850 metr olan 317 nömrəli quyunun tikintisi işlərini təhlükəsiz və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb.

Müəssisədən AZƏRTAC-a bildirilib ki, SOCAR-AQŞ 7 nömrəli stasionar dəniz özülündə eyni zamanda iki qazma qurğusundan istifadə edərək quyu tikintisi işlərini davam etdirir. SOCAR-AQŞ “Hong Hua ZJ 70/4500 DZ” qazma qurğusu vasitəsilə özüldən 316, 318 və 317 nömrəli quyuları keyfiyyətlə qazaraq sifarişçiyə təhvil verib və hazırda eyni özüldə ikinci qazma qurğusu, yeni nəsil qazma avadanlığı olan “Bentec 3000 HP” vasitəsilə ilk quyunun – 29 nömrəli quyunun qazılmasını uğurla davam etdirir. Quyunun sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

Müəssisə bu və növbəti quyuları Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verməyi nəzərdə tutur.

426 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ