“Günəşli”də 3 quyu istifadəyə verilib

“Günəşli”də 3 quyu istifadəyə verilib

“Günəşli” yatağında iki həftədə 3 quyu istifadəyə verilib.

SOCAR-ın mətbuat xidmətindən OilGas.az-a verilən məlumata görə, “Azneft” İstehsalat Birliyi hasilatın artırılması məqsədilə fəaliyyətsiz fondda olan quyuların təmiri üzrə ardıcıl tədbirlər həyata keçirir. “Günəşli” yatağında da quyu fondunun genişləndirilməsi istiqamətində mühüm işlər görülür. Yataqda iki həftə ərzində 19 nömrəli dərin dəniz özülündə 28 nömrəli quyu, 8 nömrəli dərin dəniz özülündə 288 nömrəli quyu, 13 nömrəli dərin dəniz özülündə isə 352 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Quyular ümumilikdə sutkalıq 150 ton neft və 100 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib. Quyularda istismar işləri birliyin “28 May” neft və qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.

OilGas.az

444 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ