“Günəşli” yatağında yeni quyu qazılır

“Günəşli” yatağında yeni quyu qazılır

“Günəşli” yatağındakı 14 nömrəli özüldən 355 nömrəli quyuda qazma işlərinə başlanılıb.
OilGas.az SOCAR-a istinadən xəbər verir, şirkətin “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Fasilə Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 3150 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 60 ton neft və 10 min kubmetr qaz hasil etmək mümkün olacaq.

OilGas.az

172 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ