“Günəşli” yatağında yeni quyu istismara verilib

“Günəşli” yatağında yeni quyu istismara verilib

Bu günlərdə dayazsulu “Günəşli” yatağındakı 11 nömrəli dərin dəniz özülündən 31 nömrəli quyu qazmadan sonra istismara verilib.

OilGas.az SOCAR-a istinadən xəbər verir ki, quyu məhsuldar qat çöküntülərinin Qirməki Altı Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 3998-3940 metr intervaldan gündəlik 16 ton kondensat və 110 min kubmetr qaz hasilatı ilə istismar fonduna daxil edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

OilGas.az

 

293 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ