“Günəşli” yatağında növbəti quyu qazılır

“Günəşli” yatağında növbəti quyu qazılır

SOCAR AQŞ “Günəşli” yatağında növbəti quyuda qazma işlərinə başlayıb.

OilGas.az xəbər verir ki, bu barədə SOCAR AQŞ məlumat yayıb. Bildirilir ki, 321 saylı quyunun Balaxanı X horizontuna qazılması planlaşdırılır və quyunun layihə dərinliyi 2 min 810 metr təşkil edir.

Quyunun sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

Qeyd edək ki, SOCAR-AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

98 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ