Gündəlik 600 min barel neft və 4,3 milyardlıq qazanc – Rus milyarder şirkətləri birləşdirir

Gündəlik 600 min barel neft və 4,3 milyardlıq qazanc – Rus milyarder şirkətləri birləşdirir

Almanyanın 150 illik kimya nəhəngi olan BASF “Wintershall”i rusiyalı milyarder Mixail Fridmanın sahibi olduğu “LetterOne”ın sərmayə qolu olan DEA şirkəti ilə birləşdirir.

OilGas.az xəbər verir ki, bu birləşmə nəticəsində Almaniyanın yeni neft nəhəngi yaradılacaq.

Bununla da BASF 100 ildir yer aldığı neft sənayesindən çıxmış olacaq.

Birləşmədə başlıca məqsəd Avropanın neft kəşfiyyatı və hasilatı üzrə Avropanın ən nəhəng müstəqil şirkətini yaratmaqdır.

Yeni yaradılan şirkətin gündəlik 600 min barel neft istehsal edəcəyi və 4,3 milyard avro gəlir qazanacağı təxmin edilir.

“Wintershall DEA” adıyla fəaliyyət göstərəcəyi gözlənilən şirkətin bazar dəyəri 14 milyard avro olacaq.

2018-ci ilin ikinci yarısında birləşmə prosesinin tamamlanması gözlənilir. Bundan sonra yeni şirkət ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, BASF fosil yanacaq işinə 1907-ci ildə aldığı “Auguste Victoria” kömür mədənləri ilə girib. 1969-cu ildə “Wintershall’i də tərkibinə daxil edərək neft sahəsində fəaliyyət göstərməyə başlayıb.

Rusiyalı milyarder isə DEA-nı iki il öncə RWE-dən 5,1 milyard avro ödəyərək satın alıb.

71 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ