Güclü partlayış: birmərtəbəli ev çökdü – Ölən və yaralananlar var (VİDEO)

Güclü partlayış: birmərtəbəli ev çökdü – Ölən və yaralananlar var (VİDEO)

Türkiyədə güclü partlayış baş verib.

OilGas.az türk mediasına istinadən xəbər verir ki, hadisə Bursada birmərtəbəli evdə qeydə alınıb. Təbii qaz partlayışı nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Partlayış güclü olduğu üçün ev tamamilə çöküb, ətrafdakı binalar və maşınlara da ziyan dəyib.

Hadisə yerində axtarış-xilasetmə işçiləri çalışır. Dağıntılar altında kiminsə qalıb-qalmadığı məlum deyil.

932 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ