Güclü külək elektrik dirəklərini aşırdı – Kəndlər işıqsız qaldı

Güclü külək elektrik dirəklərini aşırdı – Kəndlər işıqsız qaldı

Güclü külək bir neçə rayonda fəsadlara səbəb olub.

OilGas.az xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Qafqazinfo”ya açıqlamasında günorta saatlarından etibarən başlayan güclü küləyin Gədəbəy, Daşkəsən və Tovuz rayonlarında elektrik xətlərini zədələdiyini bildirib.

Onun sözlərinə görə, bəzi kəndlərdə elektrik dirəkləri aşıb, enerji verilişi dayanıb:

““Azərişıq” ASC-nin qaldırıcı kranları bərpa işləri apararkən güclü külək evlərin fasadlarını maşınların üstünə aşırıb. Buna baxmayaraq fəsadların aradan qaldırılması üçün tədbirlər davam etdirilib və bir sıra kəndlərdə elektrik enerjisinin verilişi bərpa edilib”.

Qeyd edək ki, güclü küləyin sabah da davam etməsi gözlənilir.

175 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ