Gözləntilər özünü doğrutmadı: Neft qiymətləri bir daha yüksələcək?

Gözləntilər özünü doğrutmadı: Neft qiymətləri bir daha yüksələcək?

OPEC və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması barədə sazişin müddətini artırmasına baxmayaraq, treyderlər görüşün nəticələrindən narazı qaldılar.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, buna təsir edən amillərdən biri hasilatın yenidən eyni həcmdə məhdudlaşdırılması olub. Digər tərəfdən isə sazişə gözlənilənin əksinə yeni ölkələr qoşulmayıb. Bütün bunların fonunda isə neft qiymətləri yenidən 50 dollar/barel həddinə düşüb.

OPEC-in Baş katibi Məhəmməd Barkindo bütün bu mənfi amillərə baxmayaraq neft ehtiyatlarının azalacağını və neft qiymətlərinin yenidən bahalaşacağını bildirib:

“Neft hasil edən ölkələr hasilatın daha böyük həcmdə azadılması qərarını verə bilmədilər. Gözlənilənlərin əksinə, sazişə yeni tərəfdaşların qoşulması da baş vermədi. Təkcə 12 min barel simvolik kvotası olan Ekvatorial Qvineyadan başqa. Lakin qiymətlərin ucuzlaşması neft qiymətlərində artımın başa çatması demək deyil. Bir çox ekspertlər, həmçinin neft hasil edən ölkələr indi neft ehtiyatlarının ancaq azalacağına əmindirlər. Bu, tələbin artması fonunda baş verəcək”.

OilGas.az

 

384 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ