Venesuelada general neft naziri oldu – Yeni təyinatlar

Venesuelada general neft naziri oldu – Yeni təyinatlar

Venesuelada Milli Qvardiyanın generalı Manuel Kevedo ölkənin neft naziri və dövlət neft şirkəti PDVSA-nın prezidenti təyin olunub.

OilGas.az xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduronun sözügedən təyanatı barədə şirkətin tvitter hesabında məlumat verilib.

Bir neçə gün öncə PDVSA şirkətinin Rusiyanın “Rosneft” şirkətilə yeni kreditlər almaq barədə danışıqlar apardığı məlum olub. Bu kreditlər daxili xammal hasilatının azalacağı təqdirdə neft-qaz layihələrini reallaşdırmaq üçün nəzərdə tutulub.

Maduro eyni zamanda ABŞ ərazisində fəaliyyət göstərən və son zamanlar korrupsiya qalmaqalları mərkəzində yer alan “Citgo” şirkətinin rəhbərliyini də dəyişdirib. Bundan sonra “Citgo” şirkətinə 2013-cü ildə vəfat edən mərhum prezident Uqo Çavesin yaxın qohumu rəhbərlik edəcək.

Qeyd edək ki, ötən həftənin əvvəllərində PDVSA şirkətinin bu törəməsində icraçı direktor da daxil olmaqla 6 yüksək vəzifəli şəxs dövlət vəsaitinin məsimsənilməsi, çirkli pulların yuyulmasında ittiham olunaraq  həbs olunub. Qısa zaman ərzində məlum olub ki, onlardan 5-nin ikili – həm Venesuela, həm də ABŞ vətəndaşlığı var.

OilGas.az

 

 

109 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ