“General Elektric” “Baker Hughes” şirkətini satın aldı

“General Elektric” “Baker Hughes” şirkətini satın aldı

“General Elektric”şirkəti “Baker Hughes” (Baker Hughes Services İnternational INC.) şirkətinin 62,5% səhmlərini satın alıb.

OilGas.az xarici KİV-lərə istinadən xəbər verir ki, səhmlər təxminən 7,4 milyard dollar qarşılığında alınıb. İllik gəliri 137 milyard dollar olan “General Elektric” strukturuna daxil olan neft və qaz şöbələrini də “Baker Hughes” ilə birləşdirib.

Şirkətlərin birgə açıqlamasında qeyd olunub ki, iki şirkətin birləşməsi nəticəsində neft və qaz sahəsində avadanlıq, xidmət və rəqəmsal həlləri bir araya gətirən dünyanın ilk və tək nümunəsi meydana gəlib.

Baker Hughes şirkəti birləşmədən sonra əməliyyatlarda BHGE adıyla iştirak edəcək. Bu zaman qədər 90 ölkədə fəaliyyət göstərən “Baker Hughes” “General Electric” sayəsində 120 ölkədə xidmət edəcək. İşçi sayı 2 dəfə artaraq 70 minə çatan şirkətin Baş direktor və sədr kürsüsündə “General Elektric”in neft və əməliyyatlarına rəhbərlik edən Lorenzo Simonelli əyləşəcək. İdarə heyətinin 14 üzvündən 5-i “Baker Hughes”dən olacaq.


OilGas.az

335 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ