Gəncənin təbii qaz təchizatı məhdudlaşdırıldı

Gəncənin təbii qaz təchizatı məhdudlaşdırıldı

İstehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə yeni tikilmiş ölçü qovşağının qaz təchizatı mənbəyinə birləşdirilməsi və aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı qaz təchizatının dayandırılması zərurəti ilə əlaqədar avqustun 28-də saat 09:00-dan təmir işləri başa çatanadək Gəncə şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Bu barədə OilGas.az-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

163 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ