Gələn il üçün iqtisadi artım proqnozu

Gələn il üçün iqtisadi artım proqnozu

ABŞ-ın “Goldman Sachs” bankı 2020-ci ildə qlobal iqtisadi artımla bağlı proqnozunu 0,3 faiz bəndi artıraraq 3,1%-dən 3,4%-ə çatdırıb.

Oilgas.az xəbər verir ki, buna səbəb ticarət müharibələri riskinin azalması və pul siyasətinin genişləndirilməsidir.

“Goldman Sachs” mütəxəssisləri hesab edir ki, ayrı-ayrı ölkələr və regionlar arasında iqtisadiyyatın ən sürətli böyüməsi ABŞ-da baş verəcək. Çünki burada tələb qiymətlərin dəyişməsinə daha tez cavab verir. II yerdə “Brexit” yükü azalmış və pul siyasətini yüngülləşdirən Böyük Britaniyanın, III yerdə isə məhdud maliyyə imkanlarına görə artım tempi yavaşlayan Avropa İttifaqının qərarlaşacağı gözıənilir./Report/

13 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ