Gələn il neft qiymətlərində kəskin ucuzlaşma olacaq – Aylıq proqnoz

Gələn il neft qiymətlərində kəskin ucuzlaşma olacaq – Aylıq proqnoz

2017-ci ildə Brent neftinin orta qiyməti 52,69 dollar/barel olacaq.

OilGas.az xəbər verir ki, bu rəqəm ABŞ-ın Energetika Nazirliyinin aylıq proqnozunda əks olunub. Nazirlik bundan əvvəlki proqnozunda Brent neftinin 52,60 dollar/barel olacağını proqnozlaşdırırdı.

Sözügedən proqnozlara əsasən, WTI 2017-ci ildə 50,78 dollar/barel olacaq. Bu isə öncəki proqnozdan 0,10 dollar çoxdur.

Nazirlik 2018-ci ilə neft qiymətlərində kəskin ucuzlaşma olacağını proqnozlaşdırıb. Aylıq proqnozda Brent markalı neftin qiyməti 55,61 dollar/barel , WTI markalı neftin qiyməti isə 53,61 dollar/barel olaraq göstərilib. Əvvəlki göstəricilərdə isə bu rəqəmlər müvafiq olaraq 57,10 dollar/barel və 55,10 dollar/barel olaraq göstərilmişdi.

OilGas.az

260 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ