Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
GECF Azərbaycan üzrə proqnozlarını açıqladı
2040-cı ilə qədər Azərbaycandan qaz ixracı hər il 9,1% artacaq.
OilGas.az xəbər verir ki, bu barədə Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum – GECF) dərc etdiyi “Global Gas Outlook” proqnozunda deyilir.
Təşkilatın məlumatına əsasən, 2040-cı ilə qədər Azərbaycanın qaz ixrac potensialı hazırki göstəricilərə nisbətən 48 milyard kubmetr yüsələcək.
GECF 2040-cı ilə qədər Rusiya, Türkmənistan, Azərbaycan və Özbəkistan kimi ölkələrin hesabına MDB-nin ən nəhəng qaz ixracatçısına çevriləcəyini proqnozlaşdırıb. Bu zaman Azərbaycanda qaz hasilatının GECF ölkələrinin ümumi hasilatının 5,5%-ini təşkil edəcəyi gözlənilir.
Proqnozlara görə, sözügedən dövr ərzində qaz ticarətində boru kəmərləri başlıca vasitə olaraq qalacaq.
Qaz İxrac edən Ölkələr Forumu 2001-ci ildə 13 qaz ixrac edən ölkə (Əlcəzair, Boliviya, Venesuela, Misir, İran, Qatar, Liviya, Nigeriya, Rusiya, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Trinidad və Tobaqo, Ekvatorial Qvineya) tərəfindən Tehran şəhərində yaradılıb. Təşkilatın mənzil-qərargahı 2009-cu ildən Qətər dövlətinin paytaxtı Doha şəhərində yerləşir. Forumun 12 əsas (Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və BƏƏ) və 7 müşahidəçi (Qazaxıstan, Hollandiya, Norveç, İraq, Oman, Peru və Azərbaycan) üzvü var.
MÜZAKİRƏ