“Gazpromneft”: Rusiyanın OPEC+ kvotasından qaz kondensatının çıxarılması düzgün qərardır

“Gazpromneft”: Rusiyanın OPEC+ kvotasından qaz kondensatının çıxarılması düzgün qərardır

Rusiyanın “Gazprom Neft” şirkəti OPEC+ çərçivəsində neft hasilatının azaldılmasına dair sazişə əsasən, adıçəkilən ölkənin kvotasından qaz kondensatının çıxarılmasını düzgün hesab edir.

Oilgas.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Gazprom Neft”in rəhbəri Aleksandr Diukov jurnalistlərə bildirib.

Həmin qərardan sonra Rusiyanın hasilat azaltma kvotası 2020-ci ilin birinci rübündə gündəlik 11.191 min bareldən 10.326 min barelədək azalıb.

Rusiyanın energetika naziri Aleksandr Novak 2020-ci ilin yanvar ayından neft hasilatını əlavə olaraq gündəlik 70 min barel azaldacaqlarını açıqlamışdı.

230 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ