“Financial Times”: “ABŞ müttəfiqlərini İranın neft asılılığından çıxarmağı vəd edir”

“Financial Times”: “ABŞ müttəfiqlərini İranın neft asılılığından çıxarmağı vəd edir”

Ağ Ev bəzi müttəfiqlərinin İrandan neft almalarına son qoymaq üçün alternativ yollar axtarır.

OilGas.az Yenicag.ru-ya istinadən xəbər verir ki, bu barədə “Financial Times” nəşrinin Ağ Evə istinad olunan materialında bildirilib.

Materiala əsasən, Donald Tramp administrasiyası ABŞ-ın dünya üzrə müttəfiqlərinin İslam Respublikasından neft idxalını dayandıracaqları təqdirdə zərər çəkməmələri üçün İran qazına alternativ mənbələr axtarır.

ABŞ-ın İrana qarşı tətbiq etdiyi və 2015-ci ildə imzalanmış nüvə anlaşmasına qədər tam qüvvədə olan sanksiyalar İrandan neft idxalını qadağan edirdi. Lakin 2015-ci ildə sözügedən sanksiyaların yumşaldılmasından sonra ABŞ-ın bir sıra müttəfiqləri İrandan neft idxalını bərpa etməyə nail oldular.

Bu çərçivədə isə Cənubi Koreya, Hindistan və Yaponiyanın adları xüsusi qeyd olunur. Lakin ABŞ-ın mövcud hakimiyyəti öz müttəfiqlərinə İrana qarşı sanksiyaların sərtləşdiriləcəyi ilə bağlı xəbərdarlıq göndərib.

Ağ Evdən bildirilib ki, ABŞ İrana qarşı sanksiyaların növbəti zərfinin bu ilin noyabrında qüvvəyə minməsinə qədər öz müttəfiqləri üçün alternativ neft mənbəyi axtarışına qərar verib.

Bununla belə, ABŞ-ın sanksiyaları artıq İran iqtisadiyyatına çox mənfi təsir göstərməkdədir. “Financial Times”ın məlumatına görə, bu ilin may ayından etibarən İranın sutkalıq neft ixracı 4 dəfə – 2 milyon barreldən 0,5 barrelə qədər azalıb.

33 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ