Filippin prezidentindən neft hasilatıyla bağlı – Rusiyaya çağırış

Filippin prezidentindən neft hasilatıyla bağlı – Rusiyaya çağırış

Filippin Rusiyanı energetika sahəsinə investisiya yatırmağa və ölkədə neft hasilatında iştirak etməyə çağırıb.

OilGas.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Filippin prezidenti Rodrigo Duterte bildirib.

“Bəli, hazırda bizim idxalımızın böyük bir qismini neft və qaz təşkil edir. Bunlar isə Rusiyada artıqlamasıyla var. Odur ki, biz energetika və IT sahəsində əməkdaşlıq üçün açığıq. İştirak edə biləcəyiniz çox sayda təşəbbüslər var. Bu mənada energetikanın inkişafı vacibdir. Belə ki, sizin bu sahədə təcrübəniz var”, -deyə Duterte bildirib.

Filippin liderinin sözlərinə görə, Palavan adasının qərb hissəsində neft hasilatı üzrə layihə uğurla davam edir:

“Sizi burada iştirak etməyə dəvət etmək istəyirik. İqtisadiyyatımız inkişaf etdikcə, bizə daha çox yanacaq lazım olur. Maşın və avadanlıqların enerjiyə ehtiyacı var. Neft idxalımızın bir qismi Rusiyadan gəlir”.

OilGas.az

 

425 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ