Fevralda “Azərişıq”a “ASAN” xidmət vasitəsi ilə 330 sahibkar müraciət edib

Fevralda “Azərişıq”a “ASAN” xidmət vasitəsi ilə 330 sahibkar müraciət edib

“Fevral ayının 15-dən etibarən “Azərişıq” ASC “Azərişıq”vasitəsilə daha bir yenilik edib və bununla da sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlərin verilməsi artıq bölgələrdəki bütün “ASAN” xidmət və “ASAN” kommunal mərkəzlərində gerçəkləşdirilməyə başlanıb. Elə bu səbəbdəndir ki, fevral ayı ərzində sahibkarların elektrik təchizatı şəbəkəsinə qoşulması üçün müraciətlərin sayında artım olub.

“Azərişıq” ASC-dən OilGas.az-a verilən məlumata görə, fevral ayında 330 sahibkar elektrik şəbəkəsinə qoşulmaq üçün müraciət edib: “Yanvar ayında 284 sahibkar bu məqsədlə ASAN Xidmət və ASAN kommunal mərkəzlərinə müraciət edib. Sahibkarların elektrik şəbəkəsinə qoşulmaq üçün “ASAN” xidmət vasitəsi ilə “Azərişıq” ASC-yə müraciətlərinin sayının çoxalmasında digər səbəb heç şübhəsiz vahid pəncərə sistemi üzrə prosedurların 7-dən 3-ə salınması və elektrik şəbəkəsinə qoşulma müddətinin 69 gündən 24 günə endirilməsidir”.

Fevralda sahibkarlarla yanaşı, əhali abonentlərin də “ASAN” xidmət vasitəsi ilə “Azərişıq” ASC-yə müraciətlərinin sayında artım olub. Əgər yanvar ayında 3041 vətəndaş evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün “ASAN” xidmət vasitəsi ilə “Azərişıq” ASC-yə müraciət edibsə, fevral ayının 28 günü ərzində 3252 vətəndaş müraciət edib.

Ümumilikdə isə fevral ayı ərzində “Azərişıq” ASC-nin “ASAN” xidmət mərkəzləri vasitəsi ilə göstərdiyi 10 xidmət üzrə (əhali və qeyri əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması, əhali və qeyri-əhali abonentliyin bir addan başqa ada keçirilməsi, borcun araşdırılması, üzləşmə aktının əldə edilməsi, smart kartın yenilənməsi, geniş tarixçə əldə edilməsi, sayğaçın yoxladılması, smart karta ödəniş edilməsi) 19 min müraciət olunub.

217 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ