“Facebook”dan sonra “Google” da “Bitcoin”ə zərbə vurdu

“Facebook”dan sonra “Google” da “Bitcoin”ə zərbə vurdu

“Bitcoin” sutka ərzində 7% dəyər itirib.

OilGas.az “Cointelegraph”a istinadən xəbər verir ki, buna səbəb “Google” axtarış sisteminin kriptovalyutaların reklamına qadağa qoyacağını açıqlaması olub.

“Google”dan öncə “Facebook” sosial şəbəkəsi belə bir addım atıb. “Sky News” məlumat verir ki, kriptovalyutaların reklamını qadağan etmək “Twitter”in də planları arasında yer alır.

Açıqlanan xəbərlərin fonunda “Bitcoin”lə yanaşı digər kriptovalyutalar da ucuzlaşıb. Sutka ərzində “Ethereum” 10%, “Ripple” isə 11% dəyər itirib.

379 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ