“ExxonMobil”dən Rusiyaya zərbə – Sanksiyalardan qorxub yarı yolda qoydu

“ExxonMobil”dən Rusiyaya zərbə – Sanksiyalardan qorxub yarı yolda qoydu

ABŞ-ın energetika şirkəti “ExxonMobil” Rusiyanın “Rosneft” şirkətilə birgə layihələrdən imtina etmək qərarı qəbul edib.

OilGas.az Reuters agentliyinə istinadən xəbər verir ki, söhbət geokəşfiyyat və elmi-araşdırma üzrə layihələrdən gedir. “ExxonMobil” şirkətinin birgə layihələrdən imtinasına səbəb isə antirusiya sanksiyalarıdır.

Mövcud qanunlar və tərəflərin bağladığı sazişlərə riayət olunmasıyla bağlı bütün rəsmi prosedurlar 2018-ci ildə başladılacaq.

ABŞ şirkətinin layihələrdən çıxdıqdan və vergiləri ödədikdən sonra itkisi 200 mln. dollar təşkil edə bilər.

Xatırladaq ki, 2017-ci ildə ABŞ-ın Maliyyə Nazirliyi antirusiya sanksiyalarını pozduğuna görə “ExxonMobil” şirkətini 2 mln. dollar həcmində cərimələyib. Bundan sonra şirkət Rusiya ilə əməkdaşlığa icazə verilməsi və məhdudlaşdırmaların yumşaldılması üçün xahiş edib, lakin imtina cavabı alıb.

81 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ